Sadaxlıda bəyan edilməmiş siqaret aşkar ediblər
Gömrük buraxılış məntəqəsi “Sadaxlı-Avtomobil”, bəyan edilməmiş siqaretin ölkə sərhəddindən qanun pozuntusu ilə daxil edilməsi cəhdinə dair 2 fakt aşkarlanıb.
“Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər xidmətinin gömrükçü müfəttişləri şübhə əsasında Gürcüstan və Ermənistan vətəndaşları E.Q. və A.S.-ya aid olan əl çantalarına keçirilən baxış nəticəsində ümumilikdə 3,400 ədəd bəyan edilməmiş siqaret aşkar ediblər.

Gürcüstanın Vergi Məcəlləsinin 289-cu maddəsinin 14-cü hissəsinə əsasən qanunu pozan vətəndaşlardan mal alınıb və hər birinə sanksiya olaraq maddi cərimə, min lari təyin olunub”
– deyilir Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin bəyanatında.

Mənbə: tv4.ge
Print ელ. ფოსტა
FaceBook Twitter Google