“KazTransQaz”ın saxlanılan əməkdaşlarını əvvəlcədən saxlama təcridxanasına aparıblar
18:58 / 19.01.2019
“KazTransQaz”ın saxlanılan əməkdaşlarını
əvvəlcədən saxlama təcridxanasına aparıblar – bu haqda birinci
kanalın jurnalisti məlumat verib.
Onlar mediaya müsahibə verməyiblər.
Didi Diğomidə təbii qazın sızması nəticəsində baş vermiş partlayış
faktı ilə bağlı bu gün “KazTransQaz”ın iki əməkdaşı saxlanılıb.
Dİn-in məlumatına görə, saxlanılanlar “KazTransQaz”ın sürətli
reaksiya göstərmə qrupunun əməkdaşları – 1957-ci il V.M. və 1991-ci
il təvəllüdlü T.D.saxlanıblar. Onlar 2019-cu ilin 16 yanvarında
qeyd olunan ünvana partlayış baş verəndən bir neçə saat əvvəl
korpus sakinlərinin çağırışı nəticəsində gediblər.
Partlayış Tbilisidə, Didi Diğomidə 16 yanvarda baş verib. Hadisə
nəticəsində dörd nəfər həlak olub. Səkkiz nəfər xəsarət alıb. Altı
azyaşlıdan biri indiyə kimi xəstəxanada qalmaqdadır. Partlayış
nəticəsində zərərçəkənləri Tbilisi meriyası mehmanxanalara
yerləşdirib. İlkin versiya ilə partlayışa qaz sızması səbəb olub.
Baş verənlər bağlı istintaq başlayıb.