Bu dərmanla 11 xəstəliyi məhv edə bilərsiniz
Menovazin yəqin ki, bir çoxlarına tanışdır. Bu
ucuz vasitə ilə baş və əzələ ağrılarını aradan qaldırmaq
mümkündür.
Lakin menovazinin üstünlüyü bununla məhdudlaşmır. Bu maddə bir çox
digər xəstəliklər zamanı də əvəzedilməz rol oynayır.
"Marneuli" Radiosu Turkustan.info-ya istinadən menovazinin digər
tətbiq sahələrini təqdim edir:
1. Angina
Angina zamanı boğaza menovazin çəkərək bağlayın. Zökəm zamanı da
menovazini iyləmək xeyirli olur. Yaxşı olar ki, burnunuzun bir
deşiyini bağlayaraq növbə ilə menovazinlə nəfəs alasınız.
2. Yuxusuzluq
Pambıq tamponu menovazində isladaraq ənsənizdən qulaqlarınıza qədər
sürtün. Bu sizin yuxu dərmanı qəbul etmədən yatmağınıza kömək
olacaq.
3. Süd vəzilərində ağrı
Süd vəzilərində olan ağrı zamanı yaxşı olar ki, döşlərinizə
menovazin çəkəsiniz. Bu, soyuqdəyməni və ona bağlı olaraq
narahatlıq hissini aradan qaldıracaq. Diqqət: xərçəng zamanı
menovazindən istifadə etmək olmaz!
4. Varikoz
Vena damarlarının varikoz genişlənməsi zamanı ağrıları və
şişkinliyi aradan qaldırmaq üçün menovazindən istifadə edin.
Preparatı dairəvi hərəkətlərlə dabandan başlayaraq bütün
ayaqlarınıza çəkə bilərsiniz.
5. İltihab
Yaraların iltihabı zamanı dezinfeksiya məqsədilə menovazindən
istifadə edilə bilər.
6. Haymorit
Haymorit xəstəliyində menovazin ağrıları, şişkinliyi aradan
qaldırır. Bunun üçün ağrı olan nahiyəyə menovazinlə yüngül masaj
etmək lazımdır. Preparatın təsirini gücləndirmək üçün həmin
nahiyəyə bir neçə qat tənzif parçası örtün.
7. Babasil
Bu heç də xoş olmayan, amma babasildən yaxa qurtarmağın ən effektiv
yoludur. Baş barmağınıza bint dolayın, onu menovazində isladaraq
anal dəliyə salın. Bu proseduru gündə 1 dəfə olmaqla 5 gün etsəniz,
babasildən tamamilə yaxa qurtara bilərsiniz.
8. Herpes (dodaqların uçuqlaması)
Əgər dodaqlarınız uçuqlayıbsa, o zaman üzərinə menovazində
isladılmış pambıq qoyun və ya menovazin mazı çəkin.
9. Soyuqdəymə
Öskürək zamanı sinənizə və kürəyinizə menovazin çəkərək yatın. 3-4
dəfə sonra öskürəyin kəsildiyini görəcəksiniz.
10. Radikulit
Radikulit zamanı ağrıyan nahiyəyə menovazin çəkin. Bu xəstənin
vəziyyətini nisbətən yüngülləşdirəcək.
11. Oynaqlarda duz olduqda
Oynaqlarda duz yığıldığı zaman menovazini oynaqlarınıza çəkin. Bu,
həm ağrını aradan qaldıracaq, həm də oynaqların duzlardan
təmizlənməsinə səbəb olacaq.