20 yanvar üçün ulduz falı
20 Yanvar 2019-cu illə olan bürclər. Bu gün bürclər nələr vəd edir.
Qoç - cəsarətli planlarınızı bu gün reallaşdırmaq asan deyil. Şərtlər əlverişli deyil. Dürüst hesab etdiyiniz tərzdə addımlar atmaq və qərarlar qəbul etməyinizə maneələr yaradan məqamlar var. Xərcləri azaldın. Bir qədər sonra sizə pul lazım olacaq.

Buğa - günün ilk yarısından maksimal dərəcədə effektiv yararlanın. Başladığınız istənilən iş üçün əlverişli zamandır. Saatlar keçdikcə müsbət təmayüllərin təsiri azalacaq. Çətinliklərlə qarşılaşa bilərsiniz. Gərginlik artır. Nikbin olun, passivləşməyin.

Əkizlər - qeyri-adi, maraqlı tapşırıqların həlli üçün yaxşı gündür. Problemlər az olmayacaq. Yaradıcılıq potensialının səviyyəsi yüksəkdir. Peşəkar fəaliyyət müstəvisində yeni uğurlar əldə etməyə imkan verən ideyalar formalaşa bilər. Emosional fon əlverişlidir. Hansısa iş alınmasa, ruhdan düşməyin. Nikbin olun, irəliyə doğru qətiyyətlə gedin.

Xərçəng - işgüzar münasibətlər üçün əlverişli gündür. Dəvət aldığınız tədbirə qatılın. Fikri sizin üçün mühüm olan insanın dediklərini diqqətlə dinləyin. Qəfil vizitlər istsina deyil. İşdə həmkarlar və rəhbərliklə mübahisə etməyin. Maliyyə fonu əlverişlidir.

Şir - sakit və rahat gündür. İşgüzar görüşlər, şəxsi münasibətlər üçün əlverişli zamandır. Diqqət mərkəzində olacaqsınız və bu sizin üçün xoşdur. Maraqlı tanışlıqlar istisna deyil. Romantik münasibətlər başlana bilər.

Qız - müsbət təmayüllərin təsiri güclüdür. Başladığınız işləri sonuclayın, yarımçıqlığa yol verməyin. Aktiv olun. Gün sizdən fəal səylər tələb edir. Yeni ideyalarınızı dəstəkləyəcəklər. Nüfuzlu şəxs sizinlə görüşmək istəyə bilər. Səfər və ya səyahət üçün münasib zamandır.

Tərəzi - nöqsanlarınız və zəiflikləriniz qarşısında geri çəkilməyin. Bu gün uğur qazanmaq üçün inadkar və qətiyyətli olmalısınız. Süst və tənbəl davranmayın. Aktiv olsanız, sərf etdiyiniz səylərə görə təəssüflənməyəcəksiniz. Gərəkli informasiyanın əldə edilməsi ilə bağlı problemlər yarana bilər. Məqsədə çatmaq üçün bir qədər fəndgir tərpənin.

Əqrəb - mövqelərinizdən geri çəkilməyin. Çoxdankı opponentlərinizi belə, fikirlərindən döndərə bilərsiniz. Məhsuldar əməkdaşlıq başlaya bilər. Karyera müstəvisində irəliləmək imkanları var. Ünsiyyətdə səmimi və həssas olun.

Oxatan - uzun müddətdən bəri yolunuzu kəsən sədləri dəf etmək imkanları var. İrəliləyişinizi çətinləşdirən problemi qısa zaman ərzində çözməyə can atın. Qəfil, amma çox sərfəli işgüzar təklif ala bilərsiniz. İntellektual fəaliyyət sahəsində nailiyyətlər olacaq. Ən çətin problemin həllini tapa bilərsiniz.

Oğlaq - aktiv və enerjili çalışın. Yarımçıq işləri başa vurun. Ətalətli olmasanız, önəmli uğurlar əldə edəcəksiniz. İşgüzar danışıqlar yaxşı keçəcək. Yeni münasibətlərin təməli qoyula bilər. Yaşam potensialının səviyyəsi yüksəkdir. Qarşınıza qoyduğunuz məqsədə doğru fəal irəliləyin. Sərfəli anlaşmalar ola bilər.

Dolça - yetərincə çətin, mürəkkəb gündür. Ehtiyatlı olun. İntriqa qurbanı olmayın. Diqqətsizlik, yaxşı bələd olmadığınız insana həddən ziyadə güvənmək yolverilməzdir. Diqqətinizə layiq olmayan insanlara bağlanmayın. İntriqaları, bədxahlarınızın məkrli planlarını faş edin.

Balıqlar - asan və rahat gün deyil. Emosiyalarınızın əsiri olmayıb yaxın ətrafınızdakı insanların vədlərinə uymasanız, işləriniz uğurlu olacaq. Yaxınlarınız məqsədlərinizi tam anlamasalar da, sizə yardım etmək istəyirlər. İşdə mübahisə və ya ixtilaf yaranarsa, mövqelərinizdən geri çəkilməyin. Haqlı olduğunuzu az sonra hətta opponentləriniz də etiraf edəcəklər.
Print ელ. ფოსტა
FaceBook Twitter Google