20 yanvar üçün ulduz falı
20
Yanvar 2019-cu illə olan bürclər. Bu gün bürclər nələr vəd
edir.
Qoç - cəsarətli planlarınızı bu gün reallaşdırmaq
asan deyil. Şərtlər əlverişli deyil. Dürüst hesab etdiyiniz tərzdə
addımlar atmaq və qərarlar qəbul etməyinizə maneələr yaradan
məqamlar var. Xərcləri azaldın. Bir qədər sonra sizə pul lazım
olacaq.
Buğa - günün ilk yarısından maksimal dərəcədə
effektiv yararlanın. Başladığınız istənilən iş üçün əlverişli
zamandır. Saatlar keçdikcə müsbət təmayüllərin təsiri azalacaq.
Çətinliklərlə qarşılaşa bilərsiniz. Gərginlik artır. Nikbin olun,
passivləşməyin.
Əkizlər - qeyri-adi, maraqlı tapşırıqların həlli
üçün yaxşı gündür. Problemlər az olmayacaq. Yaradıcılıq
potensialının səviyyəsi yüksəkdir. Peşəkar fəaliyyət müstəvisində
yeni uğurlar əldə etməyə imkan verən ideyalar formalaşa bilər.
Emosional fon əlverişlidir. Hansısa iş alınmasa, ruhdan düşməyin.
Nikbin olun, irəliyə doğru qətiyyətlə gedin.
Xərçəng - işgüzar münasibətlər üçün əlverişli
gündür. Dəvət aldığınız tədbirə qatılın. Fikri sizin üçün mühüm
olan insanın dediklərini diqqətlə dinləyin. Qəfil vizitlər istsina
deyil. İşdə həmkarlar və rəhbərliklə mübahisə etməyin. Maliyyə fonu
əlverişlidir.
Şir - sakit və rahat gündür. İşgüzar görüşlər,
şəxsi münasibətlər üçün əlverişli zamandır. Diqqət mərkəzində
olacaqsınız və bu sizin üçün xoşdur. Maraqlı tanışlıqlar istisna
deyil. Romantik münasibətlər başlana bilər.
Qız - müsbət təmayüllərin təsiri güclüdür.
Başladığınız işləri sonuclayın, yarımçıqlığa yol verməyin. Aktiv
olun. Gün sizdən fəal səylər tələb edir. Yeni ideyalarınızı
dəstəkləyəcəklər. Nüfuzlu şəxs sizinlə görüşmək istəyə bilər. Səfər
və ya səyahət üçün münasib zamandır.
Tərəzi - nöqsanlarınız və zəiflikləriniz
qarşısında geri çəkilməyin. Bu gün uğur qazanmaq üçün inadkar və
qətiyyətli olmalısınız. Süst və tənbəl davranmayın. Aktiv olsanız,
sərf etdiyiniz səylərə görə təəssüflənməyəcəksiniz. Gərəkli
informasiyanın əldə edilməsi ilə bağlı problemlər yarana bilər.
Məqsədə çatmaq üçün bir qədər fəndgir tərpənin.
Əqrəb - mövqelərinizdən geri çəkilməyin. Çoxdankı
opponentlərinizi belə, fikirlərindən döndərə bilərsiniz. Məhsuldar
əməkdaşlıq başlaya bilər. Karyera müstəvisində irəliləmək imkanları
var. Ünsiyyətdə səmimi və həssas olun.
Oxatan - uzun müddətdən bəri yolunuzu kəsən
sədləri dəf etmək imkanları var. İrəliləyişinizi çətinləşdirən
problemi qısa zaman ərzində çözməyə can atın. Qəfil, amma çox
sərfəli işgüzar təklif ala bilərsiniz. İntellektual fəaliyyət
sahəsində nailiyyətlər olacaq. Ən çətin problemin həllini tapa
bilərsiniz.
Oğlaq - aktiv və enerjili çalışın. Yarımçıq işləri
başa vurun. Ətalətli olmasanız, önəmli uğurlar əldə edəcəksiniz.
İşgüzar danışıqlar yaxşı keçəcək. Yeni münasibətlərin təməli qoyula
bilər. Yaşam potensialının səviyyəsi yüksəkdir. Qarşınıza
qoyduğunuz məqsədə doğru fəal irəliləyin. Sərfəli anlaşmalar ola
bilər.
Dolça - yetərincə çətin, mürəkkəb gündür.
Ehtiyatlı olun. İntriqa qurbanı olmayın. Diqqətsizlik, yaxşı bələd
olmadığınız insana həddən ziyadə güvənmək yolverilməzdir.
Diqqətinizə layiq olmayan insanlara bağlanmayın. İntriqaları,
bədxahlarınızın məkrli planlarını faş edin.
Balıqlar - asan və rahat gün deyil.
Emosiyalarınızın əsiri olmayıb yaxın ətrafınızdakı insanların
vədlərinə uymasanız, işləriniz uğurlu olacaq. Yaxınlarınız
məqsədlərinizi tam anlamasalar da, sizə yardım etmək istəyirlər.
İşdə mübahisə və ya ixtilaf yaranarsa, mövqelərinizdən geri
çəkilməyin. Haqlı olduğunuzu az sonra hətta opponentləriniz də
etiraf edəcəklər.