Marneuli Təhsil Resurs Mərkəzi 22 yanvar tarixindən məktəblərdə monitorinqə başlayır

Marneuli Təhsil Resurs Mərkəzi sabahdan məktəblərdə monitorinqə başlayır.

Bu haqda məlumatı Marneuli Təhsil Resurs Mərkəzinin rəhbəri Kənan Omarov verib və bildirib ki, məktəblərdə gigiyenik normaların qorunmasını yoxlayacaqlar.

“Biz ümumiyyətlə yoxlayacağıq ki, məktəbdə gigiyenik normalar nə dərəcədə qorunur, məktəb ərazisində ayaq yolu və sinif otaqları necədir” - deyir Kənan Omarov.

Qeyd edək ki, Təhsil Naziri Mixeil Batiaşvili nazirlk tərəfindən yeni tövsiyyələr yayımlayıb və onlar tədris müəssisələrində gigiyenik qaydaların maksimum qorunmasına aiddir.

Onun sözlərinə görə, bu infeksiya və virus xəstələiklərinin sonradan yayılmasının qarşısını alacaq.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები