Varketilidə iki nəfər dəm qazından zəhərlənərək ölüb
13:34 / 22.01.2019
Varketilidə iki nəfər dəm qazından
zəhərlənərək ölüb.
Gürcüstan Daxili İşlər Nazirliyindən “Netgazeti”yə verilən məlumata
görə, hadisə ötən gün, 21 yanvar tarixində baş verib.
Ölənlərin qonşusu bildirirlər ki, onlar qonşu olublar və zəhərlənmə
baş verən evdə bərabər televizora baxırlarmış. Qonşuların dediyinə
görə, zəhərlənməyə səbəb güman ki, nasaz vəziyyətdə olan qaz
qızdırıcısı olub.
Baş vermiş hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 240-cı
prima maddəsi ilə istintaq başlayıb. Həmin maddə qaz, neft və ya
neft məhsulları obyektlərinin yerləşməsi, layihələndirilməsi,
tikintisi və ya istifadəsi zamanı təhlükəsizlik qaydalarının iki və
ya daha artıq insanın ölümünə səbəb olan pozulmasını nəzərdə
tutur.