Türkiyə prokurorluğu 1112 nəfərin saxlanılması orderi verib
23:45 / 12.02.2019
FETO
təşkilatının fəaliyyətinin araşdırılması çərçivəsində Türkiyənin
Təhlükəsizlik xidmətləri geniş miqyaslı əməliyyat
aparır.
Əməliyyat ölkənin 76 əyalətində gedir. Qeyd olunan əməliyyat
çərçivəsində Türkiyə prokurorluğu 1 112 şəxsin saxlanılması
orderini verib. Onlar “Fətullah Gülənin terror təşkilatında”
iştirak etməkdə ittiham olunurlar.
Xatırladaq ki, 2016-cı ildin 15 iyulunda Türkiyənin silahlı
qüvvələr xidmətinin qrupu hərbi çevriliş etməyə cəhd etdi. Hücumlar
əsasən İstanbul və Ankarada oldu və nəticədə 250 nəfər dünyasını
dəyişdi. Rəsmi Ankara qeyd olunanla bağlı Güləni günahlandırır.