İranda terror aktı, 27 hərbçi həyatını itirdi
İranın cənub-şərqində yerləşən Sistan və
Bəluçistan əyalətində İran İslam İnqilabı Keşikçiləri Korpusunun
(SEPAH) hərbçilərini daşıyan avtobusa hücum təşkil
edilib.
Avtobusun partladıldığı terror aktı
nəticəsində 27 nəfər həyatını itirib 13 nəfər xəsar.
İran dövlət telekanalının xəbərinə görə hadisə Sistan-Bəlucistan
əyalətinin Zahidan -Xaş marşrutunda törədilib. Partladılan
avtobusda 40 nəfər olub.
27 İnqilab Keşikçisi Korpusuna mənsub hərbçinin həyatını itirdiyi
və 13-nün yaralandığı terror aktının İsrail və imperialist güclərin
kəşfiyyat xidmətlərinin dəstəyilə törədildiyi irəli sürülüb.
İranın rəsmi xəbər agentliyi İRNA da bildirib ki, hücumda 20 əsgər
həyatını itirib, 20 nəfər də yaralanıb.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi də terror aktı
ilə əlaqəli bölgə ölkələri ittiham edib. O hadisə ilə əlaqəli
yaydığı bəyanatında İran xalqının xain hücumun qisasını alacağını
vurğulayıb.
Terror aktına görə məsuliyyəti üzərinə götürən “Ceyşul Ədl” adlı
terror təşkilatı isə hadisə nəticəsində 40 hərbçinin həyatını
itirdiyini irəli sürüb.
İran xarici işlər naziri Məhəmməd Cavad Zərif, Tvitter hesabında
hadisə ilə əlaqəli yaydığı bəyanatında: " 'Varşava
Konfransının' reallaşdığı gün İranın, terror hücumuna uğraması
təsadüf mü? Həm də eyni terroristlərin tərəfdaşlarının Varşava
küçələrində qeyd mərasimləri təşkil etdikləri və Tvitter
hesablarında mərasimlərə dəstəklərini bildirdikləri bir gündə?
Cərəyan edən hadisələr ABŞ-nın hər zaman eyni səhvləri etdiyinin
bariz göstəricisidilər” - deyə Zərif vurğulayıb.
Qeyd edək ki, Polşanın paytaxtı Varşovada ABŞ-nın himayəsində
İranın regiondakı fəaliyyətlərinin müzakirə edildiyi Yaxın-Şərq
mövzulu yığıncaq keçirilir. İranın reaksiya verdiyi yığıncaqda
İsraili Baş naziri Binyamin Netanyahu, ABŞ-nı isə vitse-prezident
Mike Pence və dövlət katibi Mike Pompeo təmsil edir. Bəzi ərəb
ölkələri, Fransa və Almaniya isə nazirlər seviyyəsində iştirak
edir.
Mənbə:
trt.net.tr/azerbaycan