Şimali Makedoniyada yol nəqliyyat hadisəsi zamanı çox sayda insan həyatını itirib, yaralılar var
Şimali Makedoniyada yol nəqliyyat hadisəsi zamanı çox sayda insan həyatını itirib.
Şimalli Makedoniya Respublikasının paytaxtı Skopye yaxınlığında baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində 13 nəfər ölüb. Ölkənin səhiyyə nazirinin məlumatına görə, hadisə nəticəsində 30 nəfər ağır yaralanıb.

Buna görə də rəsmilər ölənlərin sayının artacağını da istisna etmirlər. Baş vermiş hadisənin səbəbləri hələlik məlum deyil. Qəza ilə bağlı artıq istintaq başlayıb.

Mənbə: trt.net.tr/azerbaycan
Print ელ. ფოსტა
FaceBook Twitter Google