16 fevral üçün ulduz falı
Qoç
- Çətin olacaq. Yaranan problemlər və formalaşan çətinliklər
mürəkkəbdir. Onları çözmək üçün baş sındırmalı olacaqsınız. İşdə
rəhbərliklə fikir ayrılıqları yarana bilər. Dövlət qurumlarının
nümayəndələri ilə təmaslarda diqqətli olun.
Buğa - Maraqlı, əlverişli və məhsuldar gündür. İstənilən, hətta ən
çətin işə başlaya bilərsiniz. Bilik və bacarıqlarınızdan
yararlanın. Yalnız kəskin zərurət yarananda yardım üçün dostlara
müraciət edin. Tanışlar və ya tərəfdaşlar sizə dəstək verə
bilərlər. İndiyədək bədxahlarınızın yanında olan şəxs müttəfiqinizə
çevrilə bilər.
Əkizlər - Aktiv və enerjili olun. Hər şey istədiyiniz kimi getməsə
də, hadisələrin axarını dəyişərək məcrasına müdaxilə etməyə
çalışmayın. Situasiya ilə barışın, şanslar və imkanlardan
yararlanın. Mənasız, heç bir əsası olmayan məsrəflər etməyin.
Xərçəng - Ehtiyatlı və sayıq olun. Xoşagəlməz hadisələrin yaşanma
ehtimalı böyükdür. Eksperimentlər etməyin, riskə aludə olmayın. Bu
minvalla təhlükəsizliyinizi təmin etmiş olarsınız. Uzun səfər üçün
əlverişli gün deyil. Ekstremal hisslər sizi düşünülməmiş addımlar
atmağa vadar etməsin.
Şir - Tələsməyin, düşünülməmiş addımlar atmayın. Təmkinlə
davransanız, faydalı işlər görərək yaxşı nəticələr əldə edə
bilərsiniz. Başqasının dediklərindən daha çox, öz fikirlərinizə bel
bağlayın. Yaranmış situasiyada necə davranacağınızı
müəyyənləşdirin. Yaxın ətrafınızdakı insanlar bunu dəqiqləşdirə
bilmirlər.
Qız - Asan uğurlar və xoş qələbələr günüdür. Yaranan problemlərin
öhdəsindən gələcəksiniz. İndiyədək həllolunmaz sayılan çətinlikləri
çözmək şansları artır. Yeni təcrübə və bilik əldə etmək imkanı
yaranır. Əldə etdiyiniz biliklərdən yararlanmağın yolunu tapın.
Tərəzi - Günün ilk yarısında peşəkar fəaliyyət müstəvisi və maliyyə
sahəsindəki məsələləri həll edə bilərsiniz. Dəqiq fəaliyyət planı
hazırlayın. Sonradan həmin planı addım-addım reallaşdırın, hər
mərhələni uzun müddət təhlil etməyin. Çox maraqlı işgüzar təkliflər
ala bilərsiniz. L
Əqrəb - Səhhətinizə fikir verin. Bu günün riskləri çoxdur. Zərərli
vərdişlərdən əl çəkin, düzgün qidalanın. İstənilən fəaliyyət
sahəsində ifrata varmayın, izafi işlərlə özünüzü yormayın.
Mümkünsüzü özünüzdən tələb etməyin.
Oxatan - Gözlənilməz və qəfil hadisələrlə dolu gündür. Bir məqamda
anlayacaqsınız ki, artıq heç nəyə təəccüblənmirsiniz. Uzaqdan gələn
xəbərlər sizi təlaşa sala bilər. Fəqət, soyuqqanlı və təmkinli
davranın. Dürüst qərarları sürətlə qəbul edin, planlarınızı
korrektə edin. Ehtiyac varsa, fəaliyyət istiqamətində dəyişikliklər
edə bilərsiniz.
Oğlaq - Asan olmayan, amma məhsuldar və maraqlı gündür.
Başladığınız bütün işlərdə uğura nail ola bilərsiniz. Peşəkar
qabiliyyət və bacarıq imkanlarınızı artırmaq şanslarını əldən
verməyin. Dünyagörüşünü artırın. Bir daha sübut edin ki, işinizi
bilən adamsınız. Təmkinli və səbirli olsanız, rəqibləri üstələyə
bilərsiniz.
Dolça - İşgüzar maraqların şəxsi işlərlə bağlı olduğu gündür.
Yaşamınızda ciddi dəyişikliklərə səbəb olacaq hadisə baş verəcək.
İşdə rəhbərliklə münasibətlərdə sayıq, sərvaxt olun. Peşəkar
fəaliyyət sahəsində irəliləyiş olacaq. İnkişaf üçün yeni imkanlar
yaranır.
Balıqlar - Qələbə uğrunda mübarizə aparmaq gərəkdir. Qələbələr
asanlıqla əldə olunur. Nikbin olun, ruhdan düşməyin. Qarşınıza
qoyduğunuz məqsədə çatmaq üçün əzmlə irəliləyin. Günün ikinci
yarısında köhnə tanışlar özlərini xatırladacaqlar. Baş verənləri
təhlil edin.