Facebook “Pələng və şirlərini” Hacıyev kabinetinə dəvət edir
“Bazar ertəsi kim facebookda pələnglik edir onu gözləyirəm” – bu bəyanatı bizimlə söhbət zamanı Marneulinin majoritar deputatı Ruslan Hacıyev verib.

Hacıyevin sözlərinə görə, sosial şəbəkədə aktiv şəkildə onun diskreditasiyası və yanlış məlumatın yayılması prosesi aparılır.

“Provokasiya və artıq işlərlə məşğul olmaq bu qədər yetərlidir. Gəlsinlər bütün suallarını şəxsən özümə versinlər və desinlər ki, bu rayon üçün nə ediblər və nə etməyi planlaşdırırlar. Etnik və dini icmalarla spekulyasiya edirlər, kompüter qarşısında otururlar və belə deyək hamı şirə dönüb” - Ruslan Hacıyev deyir.

Hacıyev konkret ad və soyad qeyd etmir. Deyir ki, sosial şəbəkədə saxta istifadəçilərin sayı çoxdur.

Deputat izah edir ki, hər bazar ertəsi günü saat 12:00-dan onun vətəndaşların qəbul günüdür və istəyi olan hər kəs gedə və onlara maraqlı olan məsələ ilə bağlı söhbət edə bilər.

Print ელ. ფოსტა
FaceBook Twitter Google