3 əsgər intihar həddinə çatdırma ittihamı ilə saxlanılıb

Gürcüstan Prokurorluğu üç hərbçini zorakılıq və intihar ittihamı ilə saxlayıb.

İstintaq orqanı məhkəmədən onlara həbs cəzası verilməsini tələb edir.

İstintaqın versiyasına görə, hərbçilər həmkarlarından birinin öz dostunun arvadı ilə şəxsi yazışmalar apardığını biləndə onun yaşadığı evə gələrək fiziki təzyiq göstəriblər. Hadisə yanvarın 11-də Qori rayonunun Axalşen kəndində baş verib.

“Təqsirləndirilən şəxslər zərərçəkmişi törətdiyi davranışı etiraf etməyə məcbur ediblər və bu məlumatı açıqlamaqla hədələyiblər, həmçinin yuxarıda qeyd olunanlara görə hərbi xidmət yerində qeyri-rəsmi münasibət bildirəcəklərini deyiblər”,
- prokurorluğun bəyanatında deyilir.

Agentliyin məlumatına görə, kişiyə hədə-qorxu gələrək vəhşicəsinə rəftar edildikdən sonra “qurban hadisə yerindən qaçıb və daha sonra asılmış vəziyyətdə tapılıb”.

Hər üç əsgər fevralın 15-də saxlanılıb. Onlara qarşı Cinayət Məcəlləsinin 126-cı maddəsinin birinci hissəsinin “b” yarımbəndi (qrup halında zorakılıq tətbiq etmə) və 115-ci maddəsinin birinci hissəsi (özünü öldürmə həddinə çatdırma) ilə ittiham irəli sürülüb. Günahları sübuta yetirilərsə, onları iki ildən dörd ilədək həbs cəzası gözləyir.


 

Print ელ. ფოსტა
FaceBook Twitter Google