13 yaşlı uşağa qarşı əxlaqsız hərəkətlər edən şəxs 10 il müddətinə azadlıqdan məhrum edilib
Tbilisi Şəhər Məhkəməsi 13 yaşlı uşaqdan foto çəkib ona göndərməsini istəyən şəxsə həbs cəzası verib. O, 10 il müddətinə azadlıqdan məhrum edilib.

"Təqsirləndirilən şəxsin sosial şəbəkədən istifadə edərək 13 yaşlı azyaşlıya qarşı əxlaqsız hərəkətlər etməsi təsdiqlənib. O, həmçinin zərərçəkmişdən şəxsi istifadəsi üçün kompüter avadanlığında qanunsuz saxladığı fotoşəkilləri ona göndərməsini istəyib.
Tədqiq olunan sübutlar, həmçinin təqsirləndirilən şəxslərin yetkinlik yaşına çatmayan şəxsin şəklini əks etdirən pornoqrafik materialı əldə etmək və yaymaq üçün müxtəlif vasitələrdən istifadə etdiyini təsdiqləyib”,
- deyə dövlət ittihamçısı bildirib.

Həmin şəxs Cinayət Məcəlləsinin 141-ci maddəsinin birinci hissəsi, 255-ci maddəsinin üçüncü və dördüncü hissələri ilə (Azyaşlıların şəkillərini özündə əks etdirən pornoqrafik əsəri satın alma-saxlama-yayma) ittiham olunub.


Print ელ. ფოსტა
FaceBook Twitter Google