Marneuli meriyası aztəminatlı ailələrin yarım hektara qədər torpaq sahəsini şumlayacaq
Marneuli yerli özünüidarəsi bələdiyyədə yaşayan aztəminatlı ailələrin əkin sahələrini şumlayacaq. Bu barədə Bələdiyyə Məclisi bu gün, 27 mart tarixində keçirilən iclasda qərar qəbul edib.

Marneuli meriyasının Əmlakın İdarəolunması və Maddi-Texniki Təminat Xidmətinin rəhbəri Aqil Əmircanov Bələdiyyə Məclisinin iclasında bildirib ki, bələdiyyə hər il aztəminatlı ailələrin torpaq sahəsinin şumlanması layihəsini həyata keçirir.

“Xatırladaq ki, hər il aztəminatlı ailələr üçün layihə həyata keçiririk. Kimin 100 000 bala qədər göstəricisi varsa, onlara torpaq sahəsinin pulsuz şumlanmasında kömək edirik.

Kimin bir hektara qədər sahəsi varsa, sizin də dəstəyinizi istəyirik ki, bu il də həmin layihəni həyata keçirək”,
- Aqil Əmircanov bildirdi.

Bələdiyyə Məclisi məsələ ilə bağlı müsbət qərar qəbul edib.

Bələdiyyə Məclisinin bu gün, 27 mart tarixində baş tutan iclasında ümumilikdə 8 məsələ müzakirəyə çıxarılıb. Deputatlar bütün məsələlərlə bağlı müsbət qərar qəbul ediblər.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print ელ. ფოსტა
FaceBook Twitter Google