Marneuli meriyası 15 yaşayış korpusunun dam örtüyünü təmir etdirəcək
Marneuli bələdiyyəsinin yerli özünüidarəsi çoxmənzilli yaşayış evərinin dam örtüyünün bərpa edilməsini planlaşdırır.
Marneuli meriyası bələdiyyədəki çoxmənzilli yaşayış evlərinin dam örtüyünün bərpa işləri üçün smeta sənədlərinin alınmasına görə tender elan edib. Tenderə əsasən, 15 yaşayış korpusunda dam örtüklərinin təmiri nəzərdə tutulur.

Dam örtüklərinin bərpası sonrakı çoxmənzilli evlərdə nəzərdə tutulur:
  • Marneuli şəhəri, Rustaveli küçəsi: 20, 5, 59a, 42, 44, 81 və 86 nömrəli.
  • Marneuli şəhəri, Qamsaxurdiya küçəsi: 3 və 5 nömrəli.
  • Marneuli şəhəri, Çoloğaşvili küçəsi: 5 nömrəli.
  • Marneuli şəhəri, 20 yanvar küçəsi: 26, 30 və 32 nömrəli.
  • Marneuli bələdiyyəsinin Şulaveri inzibati vahidliyinə daxil olan Mareti kəndində mövcud iki çoxmənzilli yaşayış korpusunun dam örtüyü.
Marneuli bələdiyyəsi tərəfindən elan edilmiş tenderin texniki tapşırığına görə, bələdiyyədəki çoxmənzilli yaşayış evlərinin dam örtüyünün bərpa işlərinin təxmini dəyəri 1 000 000 laridir.

Marneuli meriyası çoxmənzilli yaşayış evlərinin dam örtüyünün bərpa işləri üçün smeta sənədlərinin alınmasına 36 000 lari dəyərində tenderi 28 mart tarixində elan edib.

Tenderdə iştirak etmək istəyən şirkətlər 5 mart tarixindən 8 mart tarixinə qədər öz təkliflərini göndərə bilərlər.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Print ელ. ფოსტა
FaceBook Twitter Google