“Anonymous” beynəlxalq haker hərəkatı POSTV təbliğat mediasının
və hakim “Gürcü Arzusu” partiyasının saytlarını deaktiv etdiklərini
bildirir.
Saytlar bir neçə saatdır ki, işləmir.
Anonimin bəyanatında deyilir:
“Anomimus” Gürcüstanın hakim partiyasının (http://gd.ge) saytlarını
və ona aid POSTV (http://postv.media) təbliğat mediasını silib.
Gürcüstanın Rusiyanın tərəfindən olunan hökumətinin nəzərinə:
Xəbərdarlığımıza baxmayaraq, siz etirazçılara qarşı polis
zorakılığına son qoyulması ilə
bağlı tələblərimizə məhəl qoymadınız
və onları təhqir etməyə, təqib etməyə və xəsarət yetirməyə davam
etdiniz. Öz vətəndaşlarınıza qarşı qeyri-insani davranışa görə biz
hökumətinizin bütün internet resurslarına zərər vurmağa və onları
sıradan çıxarmağa davam edəcəyik.
Bu təhdid deyil, bu vəddir. Ədalət bərqərar olana qədər onu haker
hücumları və etiraz aksiyaları əvəz edəcək. Təhlükəsizlik və
demokratiya səbəbi virtual infrastrukturunuza hücuma haqq
qazandıracaq.
Unutmayın: Gürcüstan Rusiya deyil və heç vaxt
olmayacaq”.
Anonymous xəbərdarlığı dünən yayımlamışdı.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.