Marneuli-Sadaxlı magistral yolunda yol nəqliyyat hadisəsi baş vermişdir
10:00 / 24.04.2018
Bu gün, 24 aprel tarixində saat 9:00 radələrində Marneuli-Sadaxlı
magistral yolunun təxminən 3 km-də yol nəqliyyat hadisəsi baş
verib.
İki avtomobil toqquşub. Hadisə zamanı Mersedes-Benz avtomobili
hərəkət etdiyi xəttdən çıxaraq yol kənarında çuxura düşüb.
Hadisə yerinə Marneuli təcili tibbi yardım xidməti və yol patrul
xidməti cəlb edilib. Hadisənin hansı səbəbdən baş verdiyi polis
tərəfindən araşdırılır.
Hadisə nəticəsində zərər çəkən vətəndaş xəstəxanaya
yerləşdirilib.
Yol nəqliyyat hadisəsi ilə bağlı CM-nin 276-cı maddəsinin birinci
hissəsi ilə istintaq gedir və maddə nəqliyyatın hərəkət zamanı
insan sağlamlığına az ağır zərər vuraraq təhlükəsizlik və ya
ekspluatasiya qaydasını pozmasını nəzərdə tutur.
DİN-dən Marneuli Radiosuna verilən məlumata görə, yol nəqliyyat
hadisəsi nəticəsində bir nəfər yüngül xəsarət alıb və tibbi
müəssisəyə yerləşdirilib. Onun sağlamlıq durumu qənaətbəxşdir.