სიახლე
Marneulinin Yuxarı Qullar kəndində heyvana xəstəlik düşüb


Marneuli bələdiyyəsinin Yuxarı Qullar kəndində mal-qara arasında xəstəlik yayılıb. Heyvanlar arasında yayılan xəstəlik nəticəsində bir iri buynuzlu və iki xırda buynuzlu heyvan tələf olub.
58 yaşlı Əli İsmayılov Yuxarı Qullar kəndində yaşayır. Onun ailəsi 10 nəfərdən ibarətdir. Onların əsas gəlir mənbəyi hevandarlıq və kənd təsərrüfatıdır. Əlavə gəlir yerləri yoxdur. Xəstəlik nəticəsində Əlinin iri buynuzlu hevanı tələf olub.

Onun sözlərinə görə, bankdan götürdüyü kreditlə ailəsini dolandırmaq üçün 20 baş iri buynuzlu heyvan alıb. Xəstəlik nəticəsində onun heyvanlarından biri ölüb və dördü isə xəstələnib. O, deyir ki, bu haqda baytarlıq idarəsinə məlumat da veriblər. Amma onların problemi ilə maraqlanmayıblar. Xəstəlik haqda da onların məlumatı yoxdur. Xəstə olan heyvanları isə öz hesablarına müalicə etməyə çalışırlar.

O, müalicənin də heç bir nəticə vermədiyini deyir. Onlar qorxurlar ki, heyvanlar arasında yayılan xəstəlik insanlara da keçə bilər və bunun üçün gün ərzində evin ətrafını bir neçə dəfə dezinfeksiya edirlər.



Əli İsmayılov onu da əlavə etdi ki, bir ay öncə Marneuli Milli Ərzaq Təhlükəsizliyi Agentliyinə müraciət edib. Həmin mərkəzdən onların kəndinə həkim briqadası göndərilib. Xəstəlik yayılmasın deyə 10 baş heyvana peyvənd vurulub və digər geridə qalan hissəsinə isə peyvəndləri bitdiyinə görə vurmayıblar. O, əlavə etdi ki, hansı heyvanlara pevən vurulubsa, sonradan həmin xəstəlik onlara da keçib.

Milli Ərzaq Agentliyinin Marneuli idarəsinin nümayəndəsinin dediyinə görə, vaksinlər həqiqətən qurtarıb. Lakin bu gün sifariş edəcəklər və daha sonra kəndlərdə qabaqlayıcı tədbirlər həyata keçirəcəklər. Onun dediyinə görə, inəklər nodulyar dermatit (dəri xəstəliyi) xəstəliyinə yoluxublar.

Milli Ərzaq Agentliyinin Kvemo Kartli üzrə nümayəndəsi Miranqula Liparteliani bizimlə söhbəti zamanı bildirdi ki, infeksiyaya yoluxmuş heyvanın müalicəsi dövlət proqramına daxil deyil, heyvanın müalicəsinə fermer cavabdehdir. Onlar isə yalnız məsləhət verə bilərlər. Qabaqlayıcı peyvəndlər isə pulsuz həyata keçirilir.

“Dövlət qarayara, quduzluq kimi təhlükəli xəstəliklərə nəzarəti həyata keçirir. Nodulyar dermatit də təhlükəli xəstəlikdir, müvafiq olaraq tədbirlər görülür. Bəzən elə olur ki, xəstəlik daha tez ortaya çıxır, bu halda başqa metodlar istifadə olunur” – dedi Miranqula Liparteliani.



“Bu xəstəlik bizim qonşu ölkələrdə yayılmışdı. Bu həşəratlar vasitəsilə yayılan vektor xəstəlikdir və Gürcüstana da yayılıb”, - deyə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı layihəsinin rəhbəri Mixeil Soxadze bildirdi.

Virus infeksiyasından ölən heyvanları fermerlər özləri basdırıblar. Mixeil Soxadze isə bu faktı yolverilməz hesab edir.

“Fermer dövlət xidmətinə məlumat verməlidir. Təəssüf ki, niyəsə əməl etmirlər. Xəbər vermirlər, ilk növbədə ona görə pisdir ki, basdırılmanın da öz qaydaları var. Əgər bu qaydalara əməl edilməsə, hesab edin ki, başqa heyvanlar üçün də problemlər yaranacaq” – dedi Mixeil Soxadze.



Soxadzenin dediyinə görə, sakinlər özləri də bəzən öz heyvanlarına qarşı məsuliyyətli olmurlar, nə qoruyurlar, nə də hər ay heyvanlarını müxtəlif xəstəliklər baxımından yoxlayacaq baytarları var. Onun dediyinə görə, heyvanı olan hər bir kəs onun qayğısına qalmağa da borcludur.

| Print |
FaceBook Twitter Google
მსგავსი სიახლეები
შინაგან საქმეთა სამინისტროს ქვემო ქართლის პოლიციის დეპარტამენტის
რუსთავის საქალაქო სამმართველოს თანამშრომლებმა, ქურდობის მცდელობის
ბრალდებით, 1997 წელს დაბადებული ლ.ფ. დააკავეს.
23:19 / 09.12.2018
შინაგან საქმეთა სამინისტროს ქვემო ქართლის პოლიციის დეპარტამენტის რუსთავის საქალაქო სამმართველოს თანამშრომლებმა, ქურდობის მცდელობის ბრალდებით, 1997 წელს დაბადებული ლ.ფ. დააკავეს.
გაიგე გახსოვს თუ არა სასკოლო პროგრამა
11:04 / 09.12.2018
გაიგე გახსოვს თუ არა სასკოლო პროგრამა
ვერძი
დააფასეთ საყვარელი ადამიანის ერთგულება, ოჯახური ბედნიერება.
არჩევისას ნუ აჩქარებით, ყველაფერი კარგად შეამოწმეთ
10:21 / 09.12.2018
ვერძი
დააფასეთ საყვარელი ადამიანის ერთგულება, ოჯახური ბედნიერება. არჩევისას ნუ აჩქარებით, ყველაფერი კარგად შეამოწმეთ
გაიგე, როგორი მეხსიერება გაქვს და იპოვე საახალწლო კერძები.
00:00 / 09.12.2018
გაიგე, როგორი მეხსიერება გაქვს და იპოვე საახალწლო კერძები.
შინაგან საქმეთა სამინისტროს ქვემო ქართლის
პოლიციის დეპარტამენტის თანამშრომლებმა, 1975 წელს დაბადებული ბ.ძ.,
ძალადობით და ძალადობის მუქარით ჩადენილი რასობრივი დისკრიმინაციის
ბრალდებით, მოსამართლის განჩინების საფუძველზე
დააკავეს.
12:17 / 08.12.2018

შინაგან საქმეთა სამინისტროს ქვემო ქართლის პოლიციის დეპარტამენტის თანამშრომლებმა, 1975 წელს დაბადებული ბ.ძ., ძალადობით და ძალადობის მუქარით ჩადენილი რასობრივი დისკრიმინაციის ბრალდებით, მოსამართლის განჩინების საფუძველზე დააკავეს.

Meriyanın itlərin sığınacaq xidməti üçün elan
etdiyi tender beşinci dəfə baş tutub. Bu dəfə tenderdə yalnız iki
şirkət iştirak edib.
19:03 / 07.12.2018

Meriyanın itlərin sığınacaq xidməti üçün elan etdiyi tender beşinci dəfə baş tutub. Bu dəfə tenderdə yalnız iki şirkət iştirak edib.

2
oktyabr tarixindən sonra Marneuli meriyasının rəsmi
17:29 / 07.12.2018

2 oktyabr tarixindən sonra Marneuli meriyasının rəsmi "Facebook" səhifəsində Azərbaycan dilinə tərcümə olunmuş məlumat və elanlar tapmaq mümkün deyil.

რუსთავის საქალაქო სასამართლომ სრულად გაიზიარა პროკურატურის მიერ
წარდგენილი მტკიცებულებები და განზრახ მკვლელობაში ბრალდებული თ.ვ.
16:04 / 07.12.2018
რუსთავის საქალაქო სასამართლომ სრულად გაიზიარა პროკურატურის მიერ წარდგენილი მტკიცებულებები და განზრახ მკვლელობაში ბრალდებული თ.ვ.