Marneulidə şərab festivalı keçirildi


Bu gün səhərdən Marneulidə Mədəniyyət Evinin ətraf ərazisindən keçsəydiniz asan şəkildə xüsusi qoxunu və rəngarəngliyi görərdiniz. Marneuli şərab həftəliyini qeyd edir.

Tədbir çərçivəsində gürcü şərabının, bal, pendir və başqa kənd təsərrüfatı məhsullarının sərgi satışı baş tutdu.

Kvemo Kartli qubernatoru Şota Rexviaşvili hesab edir ki, Marneulidə şərab festivalının keçirilməsi simvolikdir. O, İmir təpələrinin inkişaf ehtiyaclarından da danışdı.

“Burada nəhəng tapıntı var, nəhəng tarixi mədəni kəşflər var, bu yalnız Gürcüstan miqyasında deyil, eyni zamanda dünya miqyasında kəşflərdir. Buna görə də, İmirdəki, Şulaveridəki təpə o təpəyə, 8 min illik tənək tarixinə layiq şəkildə qaydaya salınacaq və Kvemo Kartli və Marneuli turstlər üçün cəlbedici olacaq və bu istiqamətdə çox işlər görüləcək” – dedi Şota Rexviaşvili.



Marneulinin mer vəzifəsini yerinə yetirən Zaur Tabatadze şərab festivalının qeyd olunmasını vacib qiymətləndirdi və qeyd etdi ki, şərabın mənbəyi məhz Marneuliyə bağlanır.

“Marneuli yalnız şərabçılığın beşiyi deyil, eyni zamanda bəşəriyyətin sivilizasiyasının beşiyidir. Və bu kəşfi yüksəklərə qaldırmalıyıq ki, dünyaya tolerantlığın, sədaqətin və qonaqpərvərliyin simvolu kimi göstərək” – dedi Zaur Tabatadze.



Tədbir zamanı təntənəli şəkildə üzüm sıxıldı, tatara qaynadıldı və sucuqlar hazırlandı, müxtəlif ansambıllar xoş, gürcü musiqiləri səsləndirdilər. Yerli sakinlər öz emosiyalarını bizimlə paylaşdılar.



Bu il şərab festivalı artıq beşinci dəfədir ki, Marneulidə qeyd olunur. Gürcü şərabının məşhurlaşdırılması ilə bağlı olan bir çox maraqlı tədbirdən ibarətdir. Festivalda yerli özünüidarəetmənin rəhbər şəxsləri və eləcə də yerli əhali və başqa dəvət olunmuş qonaqlar iştirak edirdilər.









ზაურ


Print ელ. ფოსტა
FaceBook Twitter Google