Polis Kaxetidə yaşayış evlərində oğurluğa görə, 6 faktı açıb – 1 nəfər saxlanılıb
23:45 / 13.10.2018
DİN-in Kaxeti Polis Departamentinin əməkdaşları aparılan operativ
istintaq nəticəsində 1973-cü il təvəllüdlü Z.Ş., oğurluq və
oğurluğa cəhs ittihamı ilə Siğnaği bələdiyyəsində saxlanılıb.
Cinayət 4-dən 7 ilə qədər müddətə azadlıqdan məhrum edilməni
nəzərdə tutur.
Hüquq mühafizəçiləri ittiham olunan şəxsləri Siğnaği bələdiyyəsinin
İliadzminda kəndində vətəndaşlardan birinin evinə oğurluğa girən
zaman saxlayıblar. Saxlanılan şəxs günahını etiraf edib. Z.Ş. eləcə
də cari ildə onun tərəfindən Siğnağidə törədilmiş 5 evin oğurluğu
faktını da etiraf edib.
Polis saxlanılanın evindən oğurlanmış əşyaların bir hissəsini
həmçinin, 2 ov tüfəngini sübut olaraq götürüb.
İstintaq oğurluq və oğurluğa cəhd faktına dair Gürcüstan CM-nin
177-ci maddəsinin 3-cü hissəsinin “q” altbəndi və 19-177-ci
maddənin 2-ci hissəsinin 1 altbəndi ilə gedir.