DİN Kvemo Kartlidə narkotik istifadəçisini saxlayıb
Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Detektivlər İdarəsinin əməkdaşları aparılan əməliyyat nəticəsində narkotik vasitələri qanunsuz əldə edib-saxlayıb-istifadəyə verən şəxsi saxlayıblar. Saxlanılan 1965-ci il təvəllüdlü R.K. hakimin qərarı əsasında saxlanılıb.
Törədilən cinayət 6-dan 11 ilə qədər azadlıqdan məhrum edilməni nəzərdə tutur.

Hüquq Mühafizəçiləri istintaq çərçivəsində aparılan kontrol alış-satış zamanı R.K-nın üzərindən narkotik maddə çıxarıblar.

İstintaq narkotik vasitənin qanunsuz əldə edib-saxlayıb-istifadəyə verilməsi faktına dair Gürcüstan CM-nin 260-cı maddəsinin 1-ci və 4-cü hissələri ilə gedir.

Mənbə: police.ge

Print