Gürcüstanda yaşayan etnik azərbaycanlı qadınlar necə səs veriblər?
Gürcüstanın Saqareco rayonunda etnik azərbaycanlılar yaşayan Qaraçöp kəndinin sakini Urqiyət Cəfərova ilk dəfədir ki, seçici kimi səsverməyə gedib.
Gürcüstanda oktyabrın 28-də keçirilsə də, nəticəsiz qalan prezident seçkisindən 77 yaşlı Urqiyət Cəfərovanın öz gözləntisi var.

Oktyabrın 28-dəki prezident seçkisinə qatılan 25 namizəddən heç biri 50 faizdən çox səs toplaya bilməyib. Ona görə də ən çox səs toplayan iki namizəd Qriqol Vaşadze -Salome Zurabişvili seçkinin ikinci turunda yarışacaq.

Qaraçöp kəndinin başqa bir sakini Kifayət Əliyevanın "sevimli namizədi" yoxdur, o, birinci turda ailəsinin seçimini seçib.

Kənddə bəzi qadınlar seçki ilə bağlı məlumatları daha çox qohum-əqrəba vasitəsilə alırlar. Amma namizədləri adları ilə yox, onların siyahıdakı nömrələriylə tanıyırlar.

Amma seçki barədə məlumatları qəzet-jurnallardan oxuyanlar da var.

Kənd sakini 58 yaşlı Xədicə Ələsgərova kimi... O təsərrüfatda çalışsa da, seçki xəbərlərini də gözdən qaçırmır.

Xəbərləri izlədikcə Xədicə xanım özü rəğbət göstərdiyi namizədin təbliğatçına çevrilib.

Mənbə: bbc.com/azeri

Print