Kommerisya rüşvətxorluğuna dair faktla bağlı istintaq xidməti bir şəxsi məsulyyətə cəlb edib
Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq xidmərinin əməkdaşları aparılan operativ əməliyyat nəticəsində kommersiya rüşvətxorluğuna dair faktla bağlı "Gürücstan bərk Tullantıların idarəsi şirkəti" MMC-nin zibilliklərindən birinin poliqon əməkdaşını məsuliyyətə cəlb ediblər.
İstintaqla müəyyən edilib ki, ittiham olunan şəxs qanunsuz maddi gəlir əldə etmək məqsədi ilə Şida Kartlinin ərazisində yerləşən şirkətə aid olan zibillikdə, müqavilə bağlamadan kənar zibilin atılması əvəzində vətəndaşdan qanunsuz 500 lari alıb.

İşlə bağlı Gürcüstan CM-nin 221-ci maddəsinin üçüncü hissəsi ilə istintaq gedir. Maddə cəza olaraq 2-dən 4 ilə qədər azadlıqdan məhrum edilməni nəzərdə tutur.

Mənbə: is.ge

Print