Eka Qiqauri: Saat 12:00-a qədər səs verməyə davam etmək qərarı qanunlara ziddir və biz bunu şikayət edəcəyik
“Beynəlxalq Şəffaflıq - Gürcüstan” MSK-nın qərarına etiraz edəcək. Söhbət Mərkəzi Seçki Komissiyasının xaricdə yaşayan Gürcüstanın vətəndaşlarının 2018-ci il prezident seçkilərinin ikinci turunda saat 12:00-dək səs verə biləcəkləri barədə qərarından gedir.
“Beynəlxalq Şəffaflıq - Gürcüstan” təşkilatının icraçı direktoru Eka Qigauri “Palitranyus” telekanalına bildirib ki, bu qərar qanunvericiliyə ziddir.

“Mərkəzi Seçki Komissiyası seçkiləri elə günə təyin edə bilərdi ki, seçkilərdə iştirak etmək üçün vətəndaşlarımıza maneələr yaranmazdı. Buna görə də, əlbəttə ki, seçkilərdə mümkün qədər çox insanın iştirak etməsi üçün hər şeyi etməyiblər.

Seçkilərin çərşənbə günü keçiriləcək olmasına gəldikdə isə, bu bir qanun pozuntusu deyil, onlar bunu etmək hüququna malikdirlər, lakin əgər onlar ictimaiyyətin maraqlarına uyğun hərəkət etsələr, o günü seçməməli idilər.

Seçki məntəqələrinin saat 12.00-da bağlanması məsələsinə gəldikdə, biz hesab edirik ki, bu, qanunvericiliyə ziddir və biz bu məsələ ilə bağlı məhkəməyə müraciət edəcəyik”,
- Eka Qigauri deyib.

Xaricdə yaşayan Gürcüstan vətəndaşları 2018-ci il prezident seçkilərinin ikinci turunda saat 12.00-a qədər seçimlərini edə biləcəklər. Bu barədə qərar 14 noyabr tarixində Mərkəzi Seçki Komissiyasında qəbul edilmişdir. Qərar seçkilərin ikinci turunun iş günündə keçiriləcəyinə əsaslanır. Belə ki, bu, xaricdə yaşayan Gürcüstan vətəndaşları üçün maneə ola bilər.

Prezident seçkisinin ikinci turu noyabrın 28-də təyin olunub.

Print ელ. ფოსტა
FaceBook Twitter Google