Azərbaycan gömrük postunda Gürcüstan vətəndaşları saxlanılıb.
Saxlanılan şəxslərin nəqliyyat vasitələrinə baxış zamanı narkotik
vasitələr aşkar edilib.
Hadisə "Mazımçay" gömrük postunda baş verib.
Bu haqda məlumatı Azərbaycan Dövlət Gömrük Komitəsinin Mətbuat və
İctimaiyyətlə Əlaqələr İdarəsi yayır.
Yayılan məlumatda bildirilir ki,
"Gürcüstandan
Azərbaycana gedən Gürcüstan vətəndaşları - Jvarsheıshvılı Gıvı
Qriqoliçə məxsus nəqliyyat vasitəsinin salonundakı cihazlar
panelində siqaret külünün tökülməsi üçün nəzərdə tutulan yerdən,
ümumi çəkisi 3 qram, Janıashvılı Vakhtang Piruzoviçə məxsus
nəqliyyat vasitəsinin salonundakı, cihazlar panelində sənədlər üçün
nəzərdə tutulan dolabından isə, ümumi çəkisi 7 qram olan narkotik
vasitə - marixuana aşkarlanıb".
Faktla bağlı araşdırma aparılır.