İstintaq xidməti aksizsiz siqaretin göndərilməsi faktını aşkarlayıb
13:01 / 16.11.2018
Gürcüstanın Maliyyə Nazirliyinin istintaq
xidmətinin əməkdaşları Gəlirlər Xidmətinin Gömrük Departaentinin
nümayəndələrinin koordinasiyası ilə, aparılan əməliyyat nəticəsində
aksiz markasına aid məcburi icazənin tabeliyi altında xüsusən çox
miqdarda məhsulun – siqaretin aksiz markası olmadan aparılması
faktını aşkarlayıb.
İstintaqla
müəyyən edilib ki, Azərbaycan vətəndaşı, onun idarəsi altında olan
nəqliyyat vasitəsi ilə gömrük buraxılış məntəqəsində, Kazbekini
keçərkən Rusiya Federasiyası istiqamətində qeydiyyatsız, aksizsiz
siqaret aparmağa cəhd edirmiş. Rəsmi sənədlərə əsasən nəqliyyat
vasitəsilə 21 ton üzümün daşınması həyata keçirilməli imiş. Ancaq
yoxlayış nəticəsində məlum olub ki, avtomobillə böyük miqdarda – 90
180 qutu xarici istehsal olan aksizsiz siqaretin daşınması
olurmuş.
İstintaq
nəticəsində aşkarlanan aksizsiz siqaretin bazar qiyməti 234 468
larini təşkil edir.
İstintaq
Gürcüstan CM-nin 200-cü maddəsinin 3-cü hissəsi ilə gedir. Maddə
6-dan 8 ilə qədər azadlıqdan məhrum edilməni nəzərdə
tutur.