“Bir insana sənin reklam panellərinin çox olmasına ehtiyac yoxdur
və bu reklam panellərində biz olacağıq deyərkən onun nə hisslər
keçirdiyini təsəvvür edirəm, düşünürəm ki, Salome xanım da bir az
pis vəziyyətdə qalıb” – “Beynəlxalq Şəffaflıq - Gürcüstan”
təşkilatının rəhbəri Eka Qiqauri “Palitranyus” kanalında efirə
gedən “360 dərəcə” proqramında deyib.
Onun sözlərinə görə, baxmayaraq ki, namizəd bir qadındır və hakim
partiya da bunu xüsusilə vurğulayır, yekunda kampaniyada yenə də
kişilər dominantlıq edir ki, bu da gender baxımından müsbət
dəyərləndirilə bilməz. Qiqaurinin sözlərinə görə, cinsiyyətindən
asılı olmayaraq bu cür kampaniyalarda namizəd özü üstünlük təşkil
etməlidir.
"Bu birmənalı olaraq PR kampaniyasıdır və aydındır ki,
onlar da bunda müəyyən məna görürlər. Mənim üçün yeganə
təəssüfləndirici hal odur ki, özləri deyirdilər ki, Zurabişvili ilk
qadın namizəddir və qadının prezident olması çox əhəmiyyətlidir.
Lakin görürük ki, kişilər dominantlıq edirlər. Bir insana sənin
reklam panellərinin çox olmasına ehtiyac yoxdur və bu reklam
panellərində biz olacağıq deyərkən onun nə hisslər keçirdiyini
təsəvvür edirəm, düşünürəm ki, Salome xanım da bir az pis
vəziyyətdə qalıb. Bu Avropa tipli dövlət üçün səciyyəvi deyil.
Namizədin qadın və ya kişi olmasına baxmayaraq, kampaniyada o,
iştirak edir və dominantlıq edir, müvafiq olaraq gender baxımından
da bunu müsbət dəyərləndirə bilmərəm”, – Qiqauri
bildirib.