Vəfat etmiş 16 yaşlı yeniyetmənin dəfn xərclərini yerli hakimiyyət öz üzərinə götürüb

Marneuli Bələdiyyə Məclisinin qərarı ilə Tseretelidə stadionda vəfat etmiş 16 yaşlı yeniyetmənin dəfn xərclərini yerli hakimiyyət öz üzərinə götürüb.

Bu barədə bələdiyyə məclisinin bugünkü iclasında məlumat verilib.

2002-ci ildə anadan olmuş yeniyetmə məşq zamanı stadionda halsızlaşıb və dünyasını dəyişib. O, reqbi ilə məşğul olurmuş və Marneulinin reqbi klubu “Armazi”nin üzvü olub. “Armazi” klubunun meneceri Zurab Pinaişvilinin “Marneuli” televiziyasına müsahibəsi zamanı bildirdiyinə görə, o, tibbi ekspert ilə söhbət edib və ilkin məlumatlara əsasən yeniyetmənin orqanizmi zəif olub.

“Dedilər ki, yalnız ağır məşqlər üzündən olmayıb, istənilən vaxt, adi bədən tərbiyəsi dərsi zamanı da baş verə bilərmiş, orqanizmi çox zəifləyibmiş”, - Pinaişvili deyir.

Mərhumun qonşularının “Marneuli” radiosu ilə söhbəti zamanı ümumi zəifliyin ölümə səbəb olduğunu deyə bilmirlər və deyirlər ki, ailənin qidalanma baxımından problemi olmayıb. Çünki ata işləyirdi və ailə təsərrüfatları da var. Doqquzillik attestat da alıb. Düzdür, anası övladları ilə yaşamır, lakin yeniyetmənin peşə təhsili almasına yardım edirmiş. Bunun üçün onu usta yanına qoyub və pulunu özü ödəyib.

Ailə sosial yardım da alır.

 

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google