17 noyabr üçün ulduz falı
Qoç -
ciddi müzakirə və önəmli insanla görüş üçün əlverişli zaman deyil.
Zərurət yarandığınız düşünsəniz belə, kimsəni nəyəsə inandırmağa
çalışmayın. Münaqişəli situasiyalar yaratmayın. Mübahisələrə
qatılmayın.
Buğa - inadkar və qətiyyətli olun.
Günün mənfi təsirlərini azaltmağa yönəlmiş addımlar atın. İşgüzar
tərəfdaşlarla təmaslarda kompromis variant arayın. Mühüm qərarların
qəbulunu daha münasib zamana qədər ertələyin.
Əkizlər - taleyüklü, çox önəmli məsələlərlə bağlı qərar verəndə
əsla tələsməyin. Çoxsaylı auditoriyanın qarşısında olanda özünüzü
itirməyin. Peşəkar fəaliyyət sahəsində ən yaxşı məziyyətlərinizi
nümayiş etdirin. Karyeranızda irəliləyişlər ola bilər.
Xərçəng - passivlik, süstlük işlərə əngəllər yarada bilər.
Qüvvələrinizi bərabər, dürüst paylaşdırın. Genişmiqyaslı işə,
mürəkkəb layihəyə başlamayın. Uzunmüddətli səfəri təxirə salın.
Həllini gözləyən problemi çözün.
Şir - ailə üzvlərinin problemlərini həll etmək, yaxınlarınız və
dostlarınızla münasibətləri normallaşdırmaq üçün əlverişli
zamandır. Tərəfdaşınızla əlaqələri bərpa edin. Müttəfiqlərlə şübhə
ilə davranmayın. Əlaqələri intensivləşdirin.
Qız - münaqişəli vəziyyəti və mübahisəni sərt qərarla çözməyə
çalışmayın. Yaxın ətrafınızdakı insanlarla münasibətlərdə
soyuqqanlı və təmkinli olmalısınız. İşdə rəhbərliklə danışığı və ya
şikayəti təxirə salın.
Tərəzi - hadisələrin axarında olun, nələrin baş verdiyini diqqətlə
müşahidə edin. Gün ərzində kiçik, amma önəmli işlər görülməlidir.
Elektrik əşyası sıradan çıxa bilər. İşdə kobud səhvlərə yol
verməyin.
Əqrəb - günün yaratdığı problemlərin öhdəsindən gəlmək üçün sadə,
ənənəvi metodlar işlək deyil. Çoxgedişli strategiya düşünün.
Sonucda problemləri həll etməklə yanaşı, özünüz barədə xeyli yeni
məqamlar öyrənə bilərsiniz.
Oxatan - sakit olun, təmkinli davranın. Gün ərzində stressli
situasiyalar yaranacaq. Maliyyə problemləri yaransa da,
yaxınlarınızın yardımlarına çox güvənməyin.
Oğlaq - tərəfdaşlar və şəriklərlə münasibətləri aydınlaşdıranda
ifrata varmayın. Emosiyalarınıza ciddi nəzarət edin. Dəyər
verdiyiniz insanların qəlbini qırmayın. Qıcıqlı olsanız da, irad və
tənqidlərə sərt cavab verməyin.
Dolça - yaşam şərait sizin üçün əlverişlidir. Fəqət, hadisələri
tələsdirməyin. Maliyyə məsələlərindən savayı bütün sahələrdə
irələləyiş mümkündür. Səyahət və ya ezamiyyət planlaşdırmayın.
Qərarlarınızla əməllərinizi təhlil edin. Belədə yaxın gələcəkdə
yeni səhvlərin qarşısını ala bilərsiniz.
Balıqlar - adi günlərdən fərqli olaraq bu gün irəliləyiş imkanları
az deyil. Danışıqlar aparmaq, görüş keçirmək olar. Ən yaxşı
məziyyətlərinizi nümayiş etdirin. Alış-veriş, nəqliyyat vasitəsi və
ya bahalı nəsnə almaq üçün əlverişli zamandır.