Polis Kvemo Kartlidə oğru dünyasının üzvlüyü və qəsb etmə ittihamı ilə bir nəfəri saxlayıb
DİN-in Kvemo Kartli Departamentinin əməkdaşları 1980-ci il təvəllüdlü keçmişdə məhkum edilmiş A.Q.-nı hakimin hökmü əsasında Rustavidə saxlayıblar. O, oğru dünyasının üzvlüyündə və qəsb etmədə ittiham olunur.
Törədilmiş cinayət 7-dən 10 ilə qədər azadlıqdan məhrum edilməni nəzərdə tutur.

İstintaq müəyyən edib ki, ittiham olunan Qardabani rayonunda yaşayan vətəndaşı öldürməklə, arvad-uşağını öldürmək və mülkünü məhv etməklə hədələyirmiş və 3000 ABŞ dolları tələb edirmiş. A.Q. vətəndaş Q.C.-nı “qanuni oğru” “Quli”nin adı ilə hədələyirmiş. Zərərçəkəni qorxutmaq üçün ittham olunan şəxs onun evinə yanan şüşə atıb, nəticədə heç kim zərər çəkməyib.

İstintaq oğru dünyasının üzvlüyü və qəsb etmə faktına dair Gürcüstan CM-nin 181-ci maddəsinin 1-ci və 223-cü prima maddəsinin 1-ci hissəsi ilə gedir.





Mənbə: police.ge

Print ელ. ფოსტა
FaceBook Twitter Google