Seyidqocalı kəndində qətl törədən şəxs azadlıqdan məhrum edilib
Qəsdən qətl törətməkdə ittiham olunan şəxs 10 il
müddətinə azadlıqdan məhrum edildi.
Rustavi Şəhər Məhkəməsi prokurorluq tərəfindən təqdim edilmiş
dəlillərlə razılaşıb və qəsdən qətl törətməkdə ittiham olunan
T.V.-ni günahkar bilib. Bu barədə jurnalistlərə Gürcüstan
prokurorluğundan məlumat verilib.
Prokurorluğun məlumatına görə, məhkəmə prosesində araşdırılmış
dəlillər ilə 5 may 2018-ci il tarixində axşam saatlarında Marneuli
rayonu Seyidqocalı kəndində T.V.-nin qarşılıqlı mübahisə zəminində
ov tüfəngindən açdığı atəş nəticəsində N.V.-ni qətlə yetirdiyi,
cəsədi yarğana atdığı və hadisə yerindən qaçıb gizləndiyi sübuta
yetirilib.
Hüquq mühafizəçiləri T.V.-ni 5 avqust 2018-ci il tarixində Marneuli
rayonunun Seyidqocalı kəndində saxlayıblar. Ona qarşı Cinayət
Məcəlləsinin 108-ci maddəsi (qəsdən adam öldürmə) ilə ittiham irəli
sürülüb və ilkin tədbir olaraq azadlıqdan məhrumetmə cəzası
verilib.
Rustavi Şəhər Məhkəməsi T.V.-ni irəli sürülmüş ittihamlarda
günahkar bilib və 10 il müddətinə azadlıqdan məhrum edib.
Mənbə:
tv4.ge