Gürcüstan vətəndaşının avtomobilindən narkotik vasitə aşkarlanıb
Azərbaycan gömrük postunda Gürcüstan vətəndaşı saxlanılıb. Saxlanılan şəxsin avtomobilnə baxış zamanı narkotik vasitələr aşkar edilib. Hadisə "Mazımçay" gömrük postunda baş verib.

Bu haqda məlumatı Azərbaycan Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi yayır.

Yayılan məlumatda bildirilir ki, "Gürcüstan vətəndaşının idarə etdiyi "DAF" markalı yük nəqliyyatı gömrük postunda saxlanılıb. Gürcüstandan Azərbaycan istiqamətinə hərəkət edən nəqliyyat vasitəsinə baxış keçirilib. Baxışı zamanı avtomobilin sürücü sükanının sağ tərəfindəki külqabıdan iki bükümdə, ümumi çəkisi 6 qram olan narkotik vasitə - marixuana aşkar edilib".

Faktla bağlı araşdırma aparılır.
Print ელ. ფოსტა
FaceBook Twitter Google