VİDEO - “Mən çirkin təxribatın qurbanıyam” – qeyri-insani rəftar faktı ilə bağlı ittiham olunan Marneulinin keçmiş meri azad olunub
12:08 / 14.12.2018
Alçaldıcı və qeyri-insani rəftar ittihamı ilə
mühakimə olunan Marneulinin keçmiş meri Temur Abazov həbsdən azad
edilib.Altı
aylıq həbsdən sonra onu bu gün Rustavi məhkəməsi azad edib.
“Gürcü Arzusunun” dövlət məmuruna həbs cəzasını hakim 10 min
larilik girov qarşılığında dəyişib.
Abazov ittihamı qəbul etmir və deyir ki, bu ona qarşı
planlaşdırılmış təxribat olub və indi artıq o, planlaşdırır ki,
şikayət ərizəsi ilə məhkəməyə müraciət etsin.
"Mən çirkin təxribatın qurbanıyam. Çünki şahidlərdən biri bildirib
ki, o, ailəni söyməklə və təhqir etməklə Milli Hərəkata keçmək
istəyirmiş. Bu adam real olaraq "Gürcü Arzusunun" nümayəndəsi idi.
Mən məhbus olmamışam, ittiham olunan şəxs idim. Mən böhtana görə
şikayət edəcəm. Çünki mənim ailəm təsəvvür edilməz dərəcədə təhqir
olunub” – Abazov deyir.