Gürücstan Müsəlmanları İdarəsində Şeyx seçkiləri keçirildi və nəticələr
13:44 / 24.12.2018
Bu
gün, 24 dekabr tarixində Gürcüstan Müsəlmanlar İdarəsində şeyx
seçkiləri keçirildi. Keçirilən seçkilərdə Ramin İgidov 5 il
müddətinə yenidə şeyx seçildi.
Baş
tutan seçkilərdə üç namizəd - Ramin Igidov, Namiq Hüseyinov və
Rahid Kərimov mübarizə aparırdı. Ən çox səs toplayan Ramin İgidov
oz vəzifəsində qalaraq Gürücstan Müsəlmanları İdarəsininin təkrar
olaraq Şeyxi seçildi.
Onu da əlavə edə ki, 19 dekabr tarixində Gürcüstan Müsəlmanları Ali
dini İdarəsi toplantı keçirərək gizli yolla səsvermə keçiriblər.
Baş tutan seçkilərdə ən çox səs toplayan üç namizəd seçilərək
ikinci mərhələyə keçib.
Qeyd edilməlidir ki, 21 nəfərlik ali dini şuranın üzüvləri üç nəfər
arasında bu gün seçim etdilər. Qalib gələn namizəd Gürcüstan
Müsəlmanları İdarəsinin nizamnaməsinə əsasən 5 il müddətinə şeyx
vəzifəsini icra edəcək.