Bolnisidə 7 inəyin oğurluğu üçün 3 nəfəri həbs ediblər
19:05 / 19.01.2019
DİN
əməkdaşları aparılan operativ əməliyyat nəticəsində əvvəlcədən
razılaşılmış qrup tərəfindən 7 inəyin oğurluq faktı
açılıb.
Qeyd olunan faktla bağlı polis 1994-cü il təvəllüdlü N.K və 1995-ci
il təvəllüdlü Ş.Q. hakimin qərarı əsasında həbs edib, 1986-cı il
təvəllüdlü E.Ş. isə iştirk etmədən ittiham olunub. Onların üçü də
keçmişdə məhkum olunub.
DİN-in məlumatına görə, cinayət 6-dan 10 ilə qədər müddətə
azadlıqdan məhrum edilməni nəzərdə tutur.
“İstintaq müəyyən edib ki, ittiham olunanlar Bolnisi rayonunun
Racisubani kəndinin otaracağından 7 baş iri buynuzlu mal-qara
oğurlayıblar və sonra satıblar” – deyilir bəyanatda.
İstintaq əvvəlcədən razılaşılmış qrup tərəfindən törədilmiş oğurluq
faktı ilə bağlı gedir.
Mənbə:
rustavi2.ge