Bələdiyyə Məclisinin iclası barədə məlumat ilk dəfə qanunlara riayət olunaraq elan olundu
14:00 / 21.01.2019
Marneuli
bələdiyyə məclisinin iclası 2019-cu ilin 24 yanvarında saat
14:00-da baş tutacaq – bu məzmunda başlıqla palaşımı meriyanın
rəsmi səhifəsində oxuyuruq və inanılmaz hesab edirik ki, onlar bir
həftə əvvəl əhaliyə məlumat veriblər.
Bəyanat 17 yanvarda paylaşılıb.
Xatırlayırsınızsa altıncı çağırış bələdiyyə məclisinin iclaslarının
baş tutması haqqında bəyanatları bir həftə əvvəl biz heç vaxt
paylaşıldığını indiyə kimi görməmişik.
"Marneuli" radiosu dəfələrlə məqalələrdə qeyd edib ki, bələdiyyə
məclisi tərəfindən bəyanatlar qanun pozuntusu ilə paylaşılır.
Bələdiyyə məclisi 24 yanvarda hansı məsələləri müzakirə edəcək bu
hələ də qeyri-müəyyən qalır.
Marneuli bələdiyyə məclisinin reqlamentinin 134-cü maddəsinə əsasən
– bələdiyyə məclisi, bələdiyyə məclisi bürosu, bələdiyyə əclisi
komissiyasının iclasının keçiriləcəyi yer, vaxt və gün qrafiki
haqqında və fərqli məsələlərlə bağlı maraqlanan şəxslərin fikrini
təqdim etməsi müddəti haqqında məlumat – müvafiq olaraq iclasın
keçirilməsinə qədər 7 gün əvvəl olmalıdır.
Eləcə də bələdiyyə məclisi iclasları ictimaidir və hər hansı istəyi
olan şəxs iştirak edə bilər:
"Yerli özünüidarəetmə məcəlləsi"nin 87-ci maddəsində nəzərə alınıb
ki, bələdiyyə məclisinin və bələdiyyə komissiyalarının iclasları
ictimaidir, orada əvvəlcədən xəbərdarlıq etmədən hər kəsin iştirak
etmək hüququ var.