Marneulidə ov tüfəngindən təsadüfən açılan atəş nəticəsində bir nəfər dünyasını dəyişib
16:11 / 21.01.2019
Marneulidə ov tüfəngindən ehtiyatsızlıqla
açılmış atəş nəticəsində bir nəfər dünyasını
dəyişib.
Aldığımız məlumata görə, təxminən 50
yaşlarında olan kişinin silahı təmizlədiyi və bu zaman təsadüfən
atəş açıldığı güman edilir.
Daxili İşlər Nazirliyinin məlumatına görə, baş vermiş hadisə ilə
bağlı Cinayət Məcəlləsinin ehtiyatsızlıqla sağlamlığa zəsarət
yetirməni nəzərdə tutan 124-cü maddəsi ilə istintaq
başlayıb.