404 შეცდომა
  • PHPImageWorkshop\Exception\ImageWorkshopBaseException: [2]: File "/var/www/marneulifm.ge/public_html//images/temp/2019/01/21/396553806d7f152c55bf91ab9a6e7800.jpg" not exists.

Marneulidə ümumi kənd yığıncaqlarının keçirilməsinə başlanıldı

Bu gün, 21 yanvar tarixindən etibarən Marneulinin 69 kəndində ümumi kənd yığıncaqlarının mərhələli şəkildə keçirilməsinə start verildi.

İlk görüşlər Sabirkənd, Algeti, Təzəkənd, Dəmiyəgörarxı, Axlılələ, Dəmyə, Kirovka kəndlərində keçirildi. Algeti kəndində keçirilən görüşdə kənd sakinləri yol, küçələrin işıqlandırılmasını, su kanallarının təmizlənməsini tələb ediblər və ayrılan pullun ora xərclənməsini istəyiblər.

Ümumi kənd yığıncaqları Gürcüstan bölgələrində həyata keçiriləcək layihələr fondundan “Kəndlərə Dəstək” proqramı çərçivəsində maliyyələşdiriləcək layihələrin seçilməsi məqsədilə keçirilir.

Fonddan bütün Marneuli üçün 616 000 lari ayrılıb ki, bu da 69 kənd arasında müvafiq olaraq bölünəcək. Əhalinin sayından asılı olaraq hər bir kəndə 5 000, 6 000, 8 000 və ya 10 000 lari ayrılacaq.

Kənd yığıncaqlarında iştirak etmək könüllüdür və hər bir arzu edən şəxs görüşlərdə iştirak edə bilər.

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები