Qara dənizdə iki gəmi yanıb: 11 ölü var
Kerç boğazında iki gəmidə baş verən yanğın nəticəsində 11 nəfər ölüb və 14 nəfər isə təxliyə olunub. Bu barədə məlumatı “Ria Novosti” agentliyi “Rusmorreçflot”a istinadən yayıb.

Məlumata görə, yanğının bir gəminin bortundan digər gəmiyə yanğın ötürülərkən baş verdiyi güman olunur. Yayılmış məlumata görə “Kend” və “Maestro” adlı gəmilərin hər ikisi Tanzaniya bayrağı altında üzür.

Gəmilərdən birindəki 17 nəfərdən 9-u Türkiyə, 8-i Hindistan vətəndaşı, digər gəmidəki 14 nəfərdən isə 7-si Türkiyə, 7-si isə Hindistan vətəndaşı olduğu bildirilir.

Mənbə: palitravideo.ge

Print ელ. ფოსტა
FaceBook Twitter Google