Abxaziyada qəza nəticəsində 3 rus hərbçi dünyasını dəyişib
16:32 / 22.01.2019
Abxaziyada Dzebelda rayonunda qəzada üç rus
hərbçisi dünyasını dəyişib. Digər iki hərbçi isə bədən xəsarəti
alıb və xəstəxanadadır.Məlumatı rus nəşriyyatı "RBK" yayır.
Hadisə 18 yanvarda olub, ancaq Rusiya Federasiyasının Cənubi hərbi
dairəsinin mətbuat xidməti məlumatı 21 yanvarda təsdiqləyib.
Hərbi maşın dərəyə dağ poliqonuna doğru istiqamətlənən zaman düşüb.
Qəzaya səbəb olaraq hərbi maşının texniki nasazlığını və sürücünün
peşəkar olmamasını qeyd edirlər.
Son bir il ərzində Abxaziya ərazisində rus hərbçilərinin ikinci
ölüm halı baş verib. Keçən ilin oktyabr ayında baş vermiş əvvəlki
bədbəxt hadisə zamanı 3 rus hərbçisi dünyasını dəyişmişdi.