Ət yarımfabrikatlarının saxtalaşdırılması faktı ilə bağlı istintaq xidməti iki şəxsi məsuliyyətə cəlb edib
12:04 / 21.02.2019
Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq
Xidmətinin əməkdaşları aparılan əməliyyat nəticəsində ət
yarımfabrikatlarının saxtalaşdırılmasıfaktını aşkar ediblər və iki şirkətin
rəhbərini məsuliyyətə cəlb ediblər.
İstintaqla müəyyən edilib ki, ittiham olunanlar Batumi şəhərində
yerləşən ət yarımfabrikatları müəssisəsində saxtalaşdırılımış –
tərkibi dəyişdirilmiş ət məhsulları (kotlet, kiftə, xəngəl)
istehsal edirlərmiş.
Ekspertizanın çıxardığı nəticəyə əsasən məhsulların tərkibi
etiketdə qeyd olunan göstəricilərə uyğun gəlmir – hazır məhsulda
yağ, zülal və farsın kütləvi həcmi və eləcə də energetik dəyəri az
imiş.
Qeyd olunan kateqoriyaya aid cinayətlər üçün Gürcüstan Cinayyət
Məcəlləsinin 197-ci maddəsinin birinci hissəsi cəza olaraq 1 ildən
3 ilə qədər azadlıqdan məhrum edilməni nəzərdə tutur.