Eka Beselia bu gün, 22 fevral tarixində
Parlament əksəriyyətini və “Gürcü Arzusu”nu tərk edib. Bu barədə o,
bir az əvvəl bəyan edib.
Jurnalistlərin sualından sonra isə əlavə edib
ki, müstəqil deputat olaraq qalacaq və həmkarlarının sonrakı
qərarlarını gözləyəcək.
“Bu qərardan sonra mən Parlamentdə müstəqil deputat
kimi qalıram, qanunverici orqanda və hakim partiyanın daixilində
olanlara etiraz edən həmkarlarımın sonrakı qərarlarının necə
olacağını gözləyəcəyəm. Onların yaxın gündə verəcəyi qərarları
gözləyəcəyəm.
Bundan sonra biz mübarizə və ideallarımız üçün öz siyasi
platformamızı yaratmaq istiqamətində müzakirələrimizi davam
etdirəcəyik və bu yaxın gələcəkdə olacaq. Bundan sonra biz xalqla
görüşəcəyik və yeni proseslərə başlayacağıq. Bununla bağlı daha
ətraflı danışacağıq.
Biz bu məqsədimizə nail olmaq üçün hər şeyi edəcəyik və bütün
siyasi, konstitusion və hüquqi vasitələrdən istifadə
edəcəyik”, – Eka Beselia deyib.
Onun dediyinə görə, həmkarlarının və onun özünün deputat mandatları
var ki, bu da onların xalqın adından danışa biləcəyi deməkdir.
Beselia deyib ki, yaxın gələcəkdə ictimaiyyətin müxtəlif
təbəqələrinin nümayəndələri ilə görüşlərdən sonra “mübarizəyə
müəyyən mütəşəkkil forma” verəcəklər.