VMH partiyası Mixail Saakaşvilinin azad edilməsi tələbi ilə imza toplamağa başlayır

“Vahid Milli Hərəkat” Mixail Saakaşvilinin azad edilməsi tələbi ilə imza toplamağa başlayır.

Bu barədə onun nümayəndəsi Sofo Caparidze mətbuat konfransında bildirib.

“Bu gündən, bütün Gürcüstanda Milli Hərəkatın və Mixail Saakaşvilinin yüz minlərlə tərəfdarı imza toplamağa başlayır. Mən gürcü xalqını işə qoşulmağa çağırıram, çünki bu gün bizim hər birimiz Mixail Saakaşvilinin azad edilməsi üçün real addımlar atmağa imkan yaradırıq”, - o bildirib.

Sofo Caparidzenin dediyinə əsasən, toplanan imzalar martın 1-i, saat 15:00-da prezident Salome Zurabişviliyə təhvil veriləcək.

“Bu Mixail Saakaşvilinin azadlığı üçün çox böyük addımdır”,- Sofo Caparidze.

Mənbə: Publika


 

Print ელ. ფოსტა
FaceBook Twitter Google