Parlamentdə gedən müzakirə bir daha təsdiqlədi ki, opponentlərin
layihəyə qarşı arqumentləri yoxdur, qanun Avropanındır - şəffaflıq
heç kimə qarşı yönələ bilməz.
Bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuat
konfransı zamanı səsləndirib.
Onun sözlərinə görə, amerikalı və avropalıların bəyanatlarında
sıfır arqumentasiya gördük:
"Arqumentsiz bəyanatlar
qərarımıza yenidən baxılması üçün əsas ola bilməz. Parlament
ekspertizası bir daha təsdiqlədi ki, layihənin əleyhdarlarının
qanun layihəsinə qarşı heç bir arqumenti yoxdur. Əslində qanun
Avropanındır, çünki əsas Avropa dəyərlərindən birinə, yəni
şəffaflıq və hesabatlılığa əsaslanır. Həmçinin, Avropa qanunu ilə
yanaşı, dövlətçiliyimizin əsas prinsipini - Gürcüstanın milli
suverenliyini qoruduğuna əsaslanaraq bu qanun layihəsi
önəmlidir".
Baş nazir vurğulayıb ki, Qərbin tənqidlərinə baxmayaraq qanunun
qəbulundan imtina etməyəcəklər:
“QHT-lər kilsəyə hücum
edir və onun nüfuzuna xələl gətirməyə çalışır, kobud şəkildə LGBT
ilə təbliğatı ilə məşğul olurlar”.
“Qərəzli bəyanatlar bizim qərarımıza yenidən baxılması
üçün əsas ola bilməz. Ona görə də mən bir daha təklif edirəm ki,
qanun layihəsinin hər kəsə açıq müzakirəsi aparılsın, Gürcüstan
cəmiyyətinin qanun layihəsi haqqında dolğun məlumat alması
vacibdir. Görürsünüz ki, gürcü siyasətçiləri Gürcüstan
parlamentində müzakirədən necə yayındılar, deməyə söz
tapmadılar”, - deyə Baş nazir bəyan edib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.