Marneuli meriyası “Gənclər Şurası”-nın üzvlərini seçmək üçün
müsabiqə elan edib.
Bu barədə yerli özünüidarə məlumat yayıb.
“Marneuli meriyasının bazasında, Gənclər Agentliyinin
dəstəyi ilə “Gənclər Şurası” fəaliyyət göstərir. Şura yerli
özünüidarə tərəfindən qərar qəbuletmə prosesində iştirak
edir” – yayımlanmış məlumatda qeyd olunub.
“Gənclər Şurası” 2 il müddətinə seçilir və 16-dan 29 yaşa qədər,
Marneuli bələdiyyəsində yaşayan 18
nəfər gənci əhatə edir. Marneuli
şəhəri, Sadaxlı, Algeti və Kəpənəkçinin hər bir inzibati
vahidliyindən 2 gənc, Marneuli bələdiyyəsinin qalan inzibati
vahidliklərindən isə 1 gənc təqdim olunacaq.
Gənclər Şurasının əsas funksiyaları bunlardır:
• Gənclər siyasətinin hazırlanması, monitorinqi,
qiymətləndirilməsi;
• Bələdiyyənin büdcə planlaması prosesində iştirak etmək;
• Gənclərin planlaşdırılan tədbirlər və fəaliyyətlər haqqında
məlumatlandırılması;
• Gənclərin sosial, ekoloji vəziyyət və insan hüquqları haqqında
məlumatlandırılması;
“Əgər yüksək motivasiyan varsa, fəalsansa, güclü analitik
bacarıqların, vaxtın, imkanın varsa, bu öz bələdiyyəndə, gənclərin
məsələləri üzrə qərar qəbul etmə prosesində iştirak etmək və
gənclərin səsini çatdırmaq üçün bir fürsətdir. 17 may tarixinə
qədər qeydiyyatdan keç”- meriya yazır.
Qeydiyyat üçün
link:
Gənclər Şurası komissiya tərəfindən təşkil olunacaq. Komissiyanın
tərkibində Marneuli bələdiyyəsinin yerli özünüidarəsinin və
qeyri-hökumət təşkilatlarının nümayəndələri yer alır.
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.