Gecə-gündüz təkrar edirlər: “Ukraynalılar faşistdir, milliyyətçidir, hamısını öldürməliyik”, – Luqansk vilayətindən olan ukraynalı qadın
12:40 / 08.05.2024
Alesiya üçün (ad şərtidir) Rusiyanın Ukraynaya hücum etmə tarixi
2014-cü ildən, Rusiyanın Luqansk vilayətinə hücumundan və əraziləri
işğal etməsindən başlayır.
2022-ci ildən Rusiya Ukraynaya qarşı genişmiqyaslı müharibəyə
başladı və Alesiya məhz o zaman vətənini tərk etməyə, Gürcüstana
gəlməyə qərar verdi.
Alesiya işğal altında həyatı, rusların ukraynalılara qarşı
yanaşmasını, rus hökumət kanallarını və onlarda ukraynalılara qarşı
yaranmış nifrəti xatırlayır.
“İşğal edilmiş ölkədə yaşayırsan, öz ölkəni
dəstəkləyirsən, ətrafda isə hamı bağırır: “сейчас мы победим. за
победу, за войну...” və s. Bilmirəm, gəldiyim yerə qayıdacağam,
yoxsa yox. Ola bilsin, heç qayıtmayacağıq”, – Alesiya
bildirir.
Ukraynada 2014 və 2022-ci
il müharibəsi, Gürcüstana gəliş
“2014-cü ildə, hər şey başlayanda sona qədər nə baş verdiyini
anlamırdım. O zaman biz də başa düşmürdük, ancaq 2022-ci ildə hər
şey aydın oldu. Ona qədər başa düşməyən hər kəs bizim kimi nə baş
verdiyini anladı. O zaman artıq bizdə döyüş əməliyyatları davam
etmirdi. Bizdə döyüş əməliyyatları 2014-cü ildə başladı. O zaman
bütün ərazini işğal etdilər. Ukrayna telekanallarının hamısını
dayandırdılar. Bizi Ukraynadan tamamilə ayırdılar. Həmin məqamda,
2022-ci ildə dedik ki, artıq hər şey bitdi. Bu dönməzlik nöqtəsi
idi. Bu işğal altında qalmaq, orada yaşamaq istəmirdik, ona görə
Gürcüstana gəlməyə qərar verdik. Burada əvvəl də olmuşduq. Bu təmiz
hava udmağa bənzəyirdi. Əvvəllər yaşadığımız yerdə qorxu, təzyiq
altında idik. Buraya isə azad ölkəyə gəldik. Yəqin yaxşı başa
düşürsünüz, işğal edilmiş ölkədə yaşayırsan, öz ölkəni
dəstəkləyirsən, ətrafda isə hamı bağırır: “сейчас мы победим. за
победу, за войну...” və s. Başa düşmürsən, bu insanlara nə olub və
nə zaman belə olublar”.
Rus
təxribatı
“Bilmirəm, sona qədər inanırlar, yoxsa yox. Ola bilsin, bu
qorxudan, yaxud şəxsi mənfəətdən yaranır. Bu bizim ölkəyə gələn və
insanlara rəğbət qazanmaq, daha yaxşı olmaq hissi yaratmaq üçün
belə deyək, müəyyən “konfetlər”, yəni bonuslar hazırlayan
dövlətdir. Bu adamlar hesab edirlər ki, onlar üçün belə daha yaxşı
olacaq... Bilmirəm. Danışmaqda çətinlik çəkirəm...
İnsanları nəyin idarə etdiyini demək çətindir, təxribat. Yəqin başa
düşürsünüz ki, söhbət başqa adamların necə yaşadığı ilə
maraqlanmayan adi adamlardan gedir. Onların həyatı nədən ibarətdir:
işləyirlər, evə gəlirlər, televizora baxırlar, bəzisinin 3-4
televizoru var. Televizorda isə gecə-gündüz təkrar edirlər:
“Ukraynalılar faşistdir, milliyyətçidir, hamısını öldürməliyik”.
Səhərdən axşama qədər bu axmaqlığı təkrar edirlər. Tənqidi fikri
olmayan adam, əlbəttə, bunu həqiqət sanacaq. Xüsusilə də həyatı
boyu heç yerə getməmiş, heç nə görməmiş, heç kimlə ünsiyyəti
olmamış adam. Mənim 20 ildir, tanıdığım yaxın dostlarım, savadsız
deyə bilmərəm, təhsilli insanlar deyirdilər ki, “bəli, müharibə,
azad olmaq lazımdır”. Bu mənim üçün şok idi. Bu insanlar 30 il, bu
hadisələr başlayana qədər Ukraynada yaşayıblar. Ukrayna bu
insanlara pis heç nə etməyib. Ukraynada pis yaşayırdılar?! Mən başa
düşmürəm. Çox yaxınlarımı, dostlarımı itirdim, əlaqəmi kəsdim.
Əvəzində Gürcüstanda yeni dostlar qazandım. Dəstək və həmfikirlər
əldə etdim.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi "Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.