Patriarxlığın təşkil etdiyi “Ailə Günü”nə “Gürcü Arzusu”nun lider və üzvləri qatılıblar
Patriarxlıq tərəfindən təşkil olunmuş “Ailə Təmizliyi Günü”nə hakim partiyanın liderləri və üzvləri qatılıblar.
Tədbirdə İrakli Kobaxidze, Kaxa Kaladze, Şalva Papuaşvili, Arçil Talakvadze, həmçinin Mixeil Sarjveladze, Otar Şamuqia, Qiorqi Amilaxvari, İrakli Karseladze, Viktor Sanikidze və başqaları iştirak edirdilər.

Patriarxlıq 2014-cü ildə mayın 17-ni ailə təmizliyi günü elan edib.

1 il əvvəl, 2013-cü il mayın 17-də din
xadimləri və homofob vətəndaşlar Homofobiya və Transfobiya ilə Mübarizə Günündə LGBTQ fəallarının kiçik və dinc nümayişini zorakılıqla dağıdıblar.

“Ailə Təmizliyi Günü” homofobik məna daşıyır.

Əvvəlki illərdə hökumət nümayəndələri Patriarxlığın yürüşündə iştirak etmirdliər.

Yürüş Rustaveli prospektində olan Kaşueti kilsəsindən başlayıb, Sameba kilsəsində bitəcək.
Mənbə: Publika

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.


Print ელ. ფოსტა
FaceBook Twitter Google