Marneuli
Seyid Qocalı kəndinin sakini - "Kənd təsərrüfatı ilə məşğuluq və buraya alıcılar gəlmir, yolun pis vəziyyətdə olmasına görə avtomobilləri xarab olur"
Marneulidən 21 km uzaqlıqda yerləşən Seyidi Qocalı kəndi Debet çayının sahilində, Marneuli-Qırmızı Körpü magistral yolunun 1 km uzaqlığında yerləşir. Həmin kəndə gedəndə magistral yoldan 20 km asfalt yolla hərəkət edirsən, sonra isə magistral yoldan kəndə qədər 1 km məsafəni kələ-kötür, çınqıllı yolla getməli olursan. Kənd harda yerləşir, adı necə yazılır, necə getmək lazımdır - bu haqda lövhə belə yoxdur. Kənddə 120 yaxın ailə yaşayır.

43 yaşlı Zabit Məmmədov da Seyidi Qocalı kəndində yaşayır. Onun əsas gəliri kənd təsərüffatı və maldarlıqdır. Zabiti əsas narahat edən yollarının pis olmasıdır. Deyir ki, həyətində əkib becərdiyi məhsulu bazara çıxarmaqda çətinlik çəkir. Kəndlərinə məhsullarını almaq üçün alıcı gəlmir. Onun sözlərinə görə, təcili tibbi yardım biriqadalarını çağrırırlar, onlarsa vaxtında gəlmirlər, və ya heç gəlmirlər.



Kənd əhalisinin sözlərinə görə kəndlərində məktəb olmadığından övladları qonşu kənd - Araflı məktəbinə getmək məcburiyyətindədirlər. Soyuq, yağışlı havaarda məcburdurlar ki, övladları həmin yolu getsinlər.



Kənddə yaşayan sakinlər bildirirlər ki, onların problemləri ilə maraqlanan yoxdur. Onların problemləri ilə yalnız seçkidən-seçkiyə maraqlanırlar. Onda da söz verirlər ki, problemləri seçkidən sonra öz həllini tapacaq.

Marneuli meriyasından bildirirlər ki, indiki mərhələdə Seyid Qocalı kəndində yolun bərpa işləri planlaşdırılmır.

| Print |
FaceBook Twitter Google
მსგავსი სიახლეები
Tseretelidə “Kənd yığıncağı” baş tutmayıb. Buna
səbəb isə iştirak edən sakinlərin azlığı səbəb olub.
12:49 / 22.01.2019
Tseretelidə “Kənd yığıncağı” baş tutmayıb. Buna səbəb isə iştirak edən sakinlərin azlığı səbəb olub.
Bu gün, 21 yanvar tarixindən etibarən
Marneulinin 69 kəndində ümumi kənd yığıncaqlarının mərhələli
şəkildə keçirilməsinə start verildi.
17:19 / 21.01.2019

Bu gün, 21 yanvar tarixindən etibarən Marneulinin 69 kəndində ümumi kənd yığıncaqlarının mərhələli şəkildə keçirilməsinə start verildi.

Marneulidə ov tüfəngindən ehtiyatsızlıqla
açılmış atəş nəticəsində bir nəfər dünyasını
dəyişib.
16:11 / 21.01.2019

Marneulidə ov tüfəngindən ehtiyatsızlıqla açılmış atəş nəticəsində bir nəfər dünyasını dəyişib.

Marneuli
bələdiyyə məclisinin iclası 2019-cu ilin 24 yanvarında saat
14:00-da baş tutacaq – bu məzmunda başlıqla palaşımı meriyanın
rəsmi səhifəsində oxuyuruq və inanılmaz hesab edirik ki, onlar bir
həftə əvvəl əhaliyə məlumat veriblər.
14:00 / 21.01.2019
Marneuli bələdiyyə məclisinin iclası 2019-cu ilin 24 yanvarında saat 14:00-da baş tutacaq – bu məzmunda başlıqla palaşımı meriyanın rəsmi səhifəsində oxuyuruq və inanılmaz hesab edirik ki, onlar bir həftə əvvəl əhaliyə məlumat veriblər.
Marneuli
bələdiyyəsinin məktəblərində dezinfeksiya işləri
keçirilib.
13:20 / 21.01.2019
Marneuli bələdiyyəsinin məktəblərində dezinfeksiya işləri keçirilib.
Marneuli Təhsil Resurs Mərkəzi sabahdan
məktəblərdə monitorinqə başlayır.
12:37 / 21.01.2019

Marneuli Təhsil Resurs Mərkəzi sabahdan məktəblərdə monitorinqə başlayır.

Marneulidə
qızılca virusu halına biri də əlavə olunub
14:23 / 18.01.2019
Marneulidə qızılca virusu halına biri də əlavə olunub
Marneuli bələdiyyəsinin mülkündə olan
avtomobil yollarının təmir-baxım işlərinin alqı-satqısına meriya
400 000 larilik tender elan edib.
14:11 / 18.01.2019

Marneuli bələdiyyəsinin mülkündə olan avtomobil yollarının təmir-baxım işlərinin alqı-satqısına meriya 400 000 larilik tender elan edib.