DİN Bolnisidə mənzil oğurluğuna dair 5 faktı aşkarlayıb - bir şəxs həbs olunub
14:04 / 01.10.2018
DİN Kvemo Kartlinin Polis Departamentinin Bolnisi rayon
İdarəçiliyinin əməkdaşları aparılan operativ istintaq nəticəaində
hakimin qərarı əsasında 1993-cü il təvəllüdlü keçmişdə mühakimə
olunmuş və hal hazırda icbari iş altında olan A.Q. oğurluq ittihamı
əsasında Bolnisidə həbs edilib.
Cəza 6-dan 10 ilə qədər azadlıqdan məhrum edilməni nəzərdə tutur.
İstintaq müəyyən edib ki, ittiham olunan şəxs cari ilin iyulunda və
avqustunda Bolnisidə 5 mənzilə qanunsuz girib və nəticədə mənzil
sahiblərinə aid olan qızıl və gümüş əşyaları oğurlayıb.
İstintaq eləcə də müəyyən edib ki, oğurlanmış dəyərli əşyaların
ümumi dəyəri 18 000 larini təşkil edir. Polis oğurlanmış dəyərli
əşyaların böyük hissəsini sübut olaraq götürüb.
İstintaq Gürcüstanın CM-nin 177-ci maddəsinin 2-ci hissəsinin "a"
aşağıbəndi, 3-cü hissəsinin "b" və "q" aşağıbəndi, 4-cü hissəsinin
"b" aşağıbəndi ilə, vacib zərərə səbəb olmuş mənzilə qanunsuz girmə
ilə dəfələrlə törədilmiş oğurluq faktına dair gedir.